Şrift:
Xocalı soyqırımını tanıtım aksiyası Vaşinqtonda - Video+Fotolar
24.02.2014 [10:26] - Gündəm, Diaspor
ABŞ-ın strateji və inzibati mərkəzi Xocalı həqiqətlərini əks etdirir.


Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir. Fevralın 17-i Nyu-Yorkdan başlanan multimedia kampaniyası hal-hazırda Vaşinqtonda gerçəkləşdirilir. 602000 nəfər daimi sakini olan Vaşinqton, Kolumbiya dairəsi Amerika Birləşmiş Ştatlarının həm siyasi, həm də strateji əhəmiyyət kəsb edən mərkəzi, paytaxtıdır. ABŞ Prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqton ştatında Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir. Multimedia kampaniyası ənənəvi olaraq metro stansiyalarında posterlərin yerləşdirilməsindən başlanıb. Vaşinqton metrosunun 25 stansiyasından istifadə edən sərnişinlər Xocalı haqda məhz bu posterlər vasitəsilə məlumat əldə edir. Axşam saatlarında isə mobil proyeksiya maşını bəşər faciəsinin statistikasını Vaşinqtonun binaları üzərində işıqlandırır. Azərbaycan Amerika Alyansının keçirdiyi sorğu və araşdırmalar göstərir ki, kampaniya üçün təyin edilmiş üsullar insanların diqqətini bu faciəyə yönəltməyə müvəffəq olub. Mart ayının ortalarına qədər davam edəcək Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq Soyqırım kimi tanınmasına və qəbul edilməsinə xidmət edir. Eynilə Vaşinqton ştatının rəsmi sloqanında deyildiyi kimi: Justice for All - “hər kəsə ədalət” ...

Aksiyanın gedişatı ilə http://azerbaijanamericaalliance.org/ saytından,

https://www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 səhifəsindən tanış ola bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed