Şrift:
Azərbaycan İslamı
06.12.2011 [09:44] - Köşə yazarları
Hər hansı bir model və ya status təklif etmək fikrində deyilik. Anadolu türkləri de­miş­kən, “görünən köyə nə kılavuz?”. Yəni, yol bəlli, iz bəlli, yeni bir şəkil ortaya qoy­mağın bir lüzumu və faydası olmayacaq. Elə məsələlər var ki, onlar qətiyyən insan iradəsindən, insan ağlından asılı olan şeylər deyil. Onlar, orta çağ alimlərinin ifadə etdiyi kimi, cüzv iradənin deyil, küll iradənin işidir. Küll iradə isə adına müxtəlif dillərdə müxtəlif sözlər atf edildiyi kimi, özünü və əzəmətini də müxtəlif şəkildə və müxtəlif dərəcələrdə qavradağımız uca Allaha məxsusdur.

Dünyaları yoxdan yaradan ey ulu Tanrı,
Ey Xaliqi-hikmət!
Duyduqca, düşündüksə olur qəlbimə tarı,
Min şübhəli illət...
En gəl mənə, yaxud məni yüksəklərə qaldır,
Gəzdir qonağında,
Yerlərdə süründüm, yetişir, göylərə qaldır,
Dindir qucağında...
Ey varlı yox, yoxluğu vardan daha dilbər!
Könlüm Səni özlər...

İnsan məcburriyyət qarşısında bu misraları yarımçıq buraxmalı olur. Çünki, daha artıq nə dinləmək, nə dinlətmək mümkün olur. O qədər əzəmətli, o qədər hə­qi­qi­dir­lər ki, bu çirkabın, bu çöplüyün içində belə bir qızılgülü görməyə bundan o tərəfə şəxsən məndə təhəmmül yoxdur. Allah Cavid əfəndiyə rəhmət eləsin! Nə deyim? Başqa söz tapa bilmirəm onu anmaq üçün. Şəhərin görkəmli yerində ona heykəl qoymaq bizim karımıza gəlmədi. Öncə ürəklərdə, beyinlərdə onun heykəlini ucaltmaq lazım idi. Bu isə, heykəltaraşların, icra başçılarının işi deyil. Bu, bizim işimizdir, bizə isə bu işi görmək üçün lisenziya verən yoxdur. Şeytan deyir ki, ərtafı bəzəyin, lap elə Allahın özünə bir heykəl qoyun, ancaq hər şey zahirdə olsun. Batini dünya mənimdir. Qəlblər, beyinlər mənimdir. Oralara girməyin. Girsəniz, sizi də Nəsiminin gününə salaram. Dərinizi soyub, sizi qəhrəman, özümü rüsvay edərəm, ancaq ağıllara, şuurlara nüfuz etmənizə imkan vermərəm! Dırnaq aç­ma­dım, ama bunları Şeytan deyir! Dini də belə yapdı. Zahiri, rəngli, riyakar, qəlb­lər­dən uzaq, hər şeydən sonra gələn, 4-cü, 5-ci dərəcəli Allah və sairə... İndi dü­şün­mək yerinə düşərdi, müqəddəs kitabdakı bütlər haqqındakı ayələr əcəba, yalnız cahiliyyə ərəblərinə aid idimi? Əgər beləydisə, o zaman həmin ayələr öz ak­tu­al­lı­ğı­nı çoxdan itirmiş sayılır. Çünki, cahiliyyə dövrü bitdi və bütlər artıq yoxdur. La­kin, nə yazıq ki, belə deyil. Şeytan bütləri də surətə bürüdü, yəni yalnızca daşdan, tax­tadan hasil etdi. Sonra onlar yıxıldı və məlum oldu ki, büt məsələsi qapandı. Fəqət, Quran ayələri hər dövrü, hər məkanı, hətta məkansızlığı, zamansızlığı belə əhatə edir. Onun sirləri heç bir zaman sonuna qədər açılmayacaq. Onda necə oldu? Quran öz aktuallığını itirdimi? Bütlər əldən getdi, indi problemin ucu yalnız namazı necə qılmaq, Həccə necə getmək, neçə zövcə, neçə cariyə sahbi olmağamı gəldi? Elə Şeytanın istədiyi də bu deyilmi? Bu üzdən şeyxülislamların libasına bü­rün­mə­yibmi?! Dəli deyil ki, ümmətin içərisinə metalist qismində, burnunda, dodaqlarında dəmir halqalarla gəlsin. Kim inanar ona? O elə dini əbaya büründü, əlində təsbeh, dilində Allahın ayələrini zikr edərək gəldi. Sübut? Baş üstə. Həzrət Əli bir gün məscidddə vəz verərkən, yaşlı bir kişi ayağa qalxır və ucadan qışqırır: “İnnəllahə, külli şeyin əlim!” Yəni, “Allah hər şeyi biləndir”. Özü də vurğunu məhz “Allah” sözünün üstünə salır. Bir zamanlar Nizami Xudiyevin Milli Məc­lis­də­ki vurğu məsələsi olmasın, ancaq vurğunu həmin sözün üstünə salanda görürük ki, adam belə demək istəyib; Ya Əli, sən sus. Hər şeyi bilən Allahdır. Həzrət Əli isə, ona elə elə əlisayaq cavab verir: “Sənin söylədiyin Quran ayəsi idi. Ancaq o ayəni sənə söylətdirən Şeytan idi!” Uzun başağrısı olmasın, demək istədiyim odur ki, bu gün əlimizdə, xüsusilə də bizim əlimizdə din-filan qalmayıb. Qonşu məm­lə­kət­lərdə isə ərəb millətçiliyi, Abbasi İslamı yaşasa da onlarda ən azından, heç ol­ma­sa təməl dini bilgilər mövcuddur. Bizdə maalesəf, o da yoxdur.
İmam Mehdinin zühuru haqda deyilən hədisvari rəvayətlərdə nəql olunur ki, zühur zamanı bütün müsəlmanlar bir ağızdan deyəcək ki, bu, İslam dini deyil. Biz belə şey görməmişik. Bu, nədirsə, təzə şeydir. Şəxsən mən, işin bu qisminə çox ina­nı­ram. Adamın ağlı var,.. hələ bir Peyğəmbər zamanına gedin, Nur dağındakı ma­ğa­ra­da ayələr vəhy olunan zaman özündən gedən, mübarək bədəni tir-tir əsən Allah Rəsulunu təsəvvür edin! Qurani-Kərim Həzrəti Mühəmmədə (s.ə.v.) xitabən belə buyurur: “Ələm nəşrəh, ləkə sədrək!”. Yəni, “Ey Rəsulum, biz hər an sənin si­nə­ni böyüdürük!”. Şərhə, təfsirə-filan nə gücüm, nə də hövsələm yoxdur. Anlayan anladı artıq. İndi təsəvvür edin ki, o geniş sinənin sahibi, o qəlbin, o ağlın, o zə­ka­nın sahibi son Peyğəmbər o ayələri duyduğunda özündən gedirdi, pak bədəni bu ağırlığa tab gətirmirdi,.. ancaq bizlər hər gün həmin ayələri oxuyuruq, dinləyirik, heç tükümüz də tərpənmir. Yaxşı, biz başa düşmürük. Bəs qapısında neft quyusu, oğlunu Kembricdə oxudub, Sibel Cana eşq elan edən ərəb şeyxlərinə niyə bir şey olmur? Mənim üçün onlarla eyni dəyərdə olan farsların ərəblər haqda gözəl bir sözü vardır: “Xəri-xoşbəxt”. Yəni, xoşbəxt eşşəklər! Deməli, anlamırıq, bilmirik, əslini, gerçəyini, necə deyərlər, orijinalını görəndə tanımayacağıq, qəbul et­mə­yə­cə­yik. Elə götürək, İmam Hüseynin özünü. Məhərrəm ayıdır. Aşura da yaxınlaşır. Siz məni oxuyanda artıq sinələr açılacaq, ingilis istehsalı olan İran zən­cir­lə­ri işə düşəcək. Fəqət, təsəvvür edin, təxəyyül edin, həmin Peyğəmbər nəvəsi bu gün bizimlədir. Vallah onu ilk qətl edən elə biz özümüz olarıq. Yezid heç olmasa, yalandan da olsa, ağladı İmamın məşəqqətli ölümünə. Biz heç onu etmərik. Elə bir­ba­şa canına qıyarıq yetmiş iki kimsənənin! Çünki, bu həyatı ki, biz yaşayırıq, bu məf­kurəyə ki, biz sahibik, bizə İmam Hüseynin azadəliyi sərf eləməz. Onu da öz yaltaqlığımıza, iradəsizliyimizə, cahilliyimizə qurban edərik.
Ancaq bizim məqsədimiz bunların məhz Azərbaycan İslamı olduğunu söyləmək deyildir. Haşa, nə həddimizə? Özümüzü təhqir edəcək deyilik ki. Sonradan onun içinə tüpürsək də bu qabdan biz yemək yemişik və hələ ki, yeməyə davam edirik. Bizim məqsədimiz Azərbaycan İslamının, daha doğrusu bu məmləkətdə dinin, dinin tarixi inkişafının, özəlliklərinin, milli-etnik çalarlarının nədən, necə ibarət ol­du­ğu­nu və yaxud da olmalı olduğunu bəyana gətirməkdir - əgər mümkün olsa. Qısa yoldan gedəcəyəm,.. bilgilərimin, təcrübələrimin, gəzdiyim saysız ölkə və müşahidələrimin nəticəsi olaraq, publisistik - qəzet dilində bunları söyləyə bilərəm ki, Azərbaycan adlı reallıq özündə Nəsimini, Şah Xətaini, Aşıq Ələsgəri gəzdrir ki, onlar da şair və ya sənətkar deyil, məhz məfkurə sahibi, milli din sahibi olmuşlar. Bəli, bu məqamda bir anlıq dayanmaq lazımdır; Milli din. Biz türkük. Sözün bö­yük mənasında, həqiqi mənasında türkük. Bunun oyanı-buyanı yoxdur. Türkdilli-fi­lan deyilik, məhz özbəöz türkük! Qurtardı, getdi. Kim hansı etnosa sahibdir, ona sayqım sonsuzdur. Lakin, zəhmət olmasa, mənə də türk olduğum üçün sayqı gös­tər­sinlər ki, sözümü deyə bilim.
Haradan başlayacağımı çox gözəl bilirəm. Türküstan ellərinin məhşur övliyası Pir Xoca Əhməd Yəsəvi həzrətləri, elə Türküstan ellərinin diliylə desək, “Qara Əh­məd”, Xorasan sufi məktəbinin yetirməsi idi. Arslan Babadan, Əbdülxaliq Güc­dü­va­nidən dərs almış çox nəhəng bir ustad idi. Elə ki, işini, təhsilini, təlimini, mü­rid­li­yini bitirdi, o zaman vətənə, Ana Türküstana döndü. Ancaq yerli türklərlə ərəbcə ayələri, farca beytləri paylaşa bilmədi. Bunları nə tarix yazır, nə də mən deyirəm. Bunları Əhməd Yəsəvi həzrətlərinin birbaşa özü deyir. Deyir ki, gördüm bu cür olmayacaq, başladım öz ana dilimdə “Divani-Hikmət”i qələmə almağa. Və,.. baş tutdu. Türk İslamı, milli din yaranmağa başladı. Bu, təkcə dil faktoru deyildi. Məsələn, Həzrəti Mövlana Cəlaləddin Rumi, türkcə yazmayıb, amma, onun ya­rat­dı­ğı məhz türk təsəvvüfü idi. Təsəvvüf isə, dərin, rəngsiz, qabıqsız İslamdır! Hətta, İslam belə deyil. Allahın, Haqqın ta kəndisidir! İndi gəlsin hər zamankı hizbullahi, sələfi, nurçu dostlarımız, küfrümə fərman çıxarsınlar. Onlar İslamın şəriətini ya­şa­yır­lar. Ancaq eşq təriqətdir, mərifətdir, həqiqətdir.

Sevərim mən səni candan içəri,
Yolum yoxdur bu ərkandan içəri.

Şəriət, təriqət yoldur varana,
Mərifət, həqiqət, ondan içəri.

Süleyman quş dili bilir dedilər,
Süleyman var, Süleymandan içəri.

Məni məndə sorma, məndə deyilim,
Bir mən vardır məndə məndən içəri.


Azərbaycan-Türk milli İslamının kökləri və özəllikləri məhz Yunus Emrədən, Pir Sultan Abdaldan, Hacı Bektaş Vəlidən, İmadəddin Nəsimidən, Məhəmməd Fü­zu­li­dən, Əbülqasim Nəbatidən, Seyyid Əzim Şirvanidən, Aşıq Ələsgərdən ibarətdir. On­lara şair, sənətkar gözündə baxanlar, bir zəhmət həkimə gedib, gözlərini yu­durt­sun­lar. Onlar missioner ədəbiyyatın nümayəndələri idilər. Şeir, nəzm onlar üçün bir vasitə, bir bəhanə idi.
Sonda isə, ustadım, pirim Mövlana Rumi həzrətlərinin məşhur “Divani-Kə­bir”indən türk dilinə tərcümə olunmuş kiçik bir parçanı təqdim etmək istəyirəm. Anadoludakı mey-məzə süfrələrində bir söz dəbdədir: “İçəlim, gözəlləşəlim”. İndi də biz bu parçanı oxuyaq və könlümüz gözəlləşsin:

171. Hakikatte senin gördüğün ben değilim, ben bir hayalden, bir gölge varlıktan ibaretim!
Mef'ulü, Mefa'ilü, Mefa'ilii, Fe'ülün (c. 1,331)

- Ordulara, gösterişe, hükümdarlık bayrağına hevesi olmayan o padişahın yüzünden deli divane oldum. Deli aklını kaybetmiş bir kişi olduğu için adetten de, suçlardan da sorumlu değildir. Artık onun işlediği suçlar amel defterine yazılmaz.
- Ben o padişahın yüzünden yalnız aklımı kaybetmedim, kendimi de kaybettim. Bu sebepledir ki, sen uzaktan; beni gezen, yürüyen, giden normal bir kişı arak görüyorsun ama, hak?katte senin gördüğün ben, ben değilim; ben bir hayalden, bir gölge varlıktan ibaretim! Daha doğrusu ben yoğum, yokluktan başka bir şey değilim!
- Ey aşık, aklını başına al da beri gel, yok ol! Çünkü yokluk can madenidir. Fakat senin bildiğin gamdan, gussadan başka birşey olmayan şu dünya hayatındaki can gibi can değil! 0 başka türlü bir candır.
- Gel ey Hakk aşıkı gel de ben bensiz, sen de sensiz olarak şu aşk ırmağına dalalım da yok olalım! Yokluk mertebesine ulaşalım. Çünkü bu korulukta yani yeryüzünde, dünyada; kandan, zulümden, haksızlıklardan, kötülüklerden başka birşey yoktur.
- Korkma! Bu aşk ırmağı insanı kucaklar, bağrına basar, derinliklerine alır, batırır ama öldürmez. Çünkü o ab-ı hayattan ibarettir. Allah'ın lutfundan, kereminden başka bir şey değildir.
172. Alemde bir zerre var mıdır ki, senin güzel vasıflarının hayranı olmasın.
MefS'ilün, Fe'ilatün, Mefa'ilün, Fe'ilün (c.I, 480)
- Sen nasıl bir incisin ki, kimsenin avucunda senin değerini karşılayacak, ödeyecek birşey yoktur, bulunamaz. Zaten dünyada yaşayan her insanın, her varlığın avucunda senin lütfun, ihsanın olmayan ne vardır?
- Her an lütfunun, ihsanının karşılığı olarak gönlümü, canımı bastığın topraklara saçmak isterim. Senin ayağının toprağı olmayan cana yazıklar olsun!


Əsir Azad
Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed