Şrift:
İran konsulluğuna hücum: ölən və yaralananlar var
26.02.2014 [09:40] - Güney Azərbaycan xəbərləri, Hadisə
Pakistanda İran konsulluğu yaxınlığında bombalı hücum reallaşdırılıb.
Hadisə Pakistanda İran konsulluğu yaxınlığında baş verib. Partlayışda 2 polis dünyasını dəyişib, ondan çox adam yaralanıb.

Hadisə şahidləri partlayışın İran konsulluğu ətrafındakı təhlükəsizlik nəzarət nöqtəsində dayandırılmış şübhəli maşında edildiyini söyləyiblər.

Pakistan polisi hücumla əlaqədar istintaq aparıldığını və hücuma görə kimin təqsirli olduğunun tapılmadığını vurğulayıb.

Başqa xəbərə görə, "Taliban"a mənsub olan silahlı qruplaşmalardan biri - “Məst-Qol” Pişəvərdə İran konsulluğuna edilən hücum məsuliyyətini öhdəsinə götürüb. Medianın yaydığı məlumata əsasən, qruplaşma verdiyi bəyanatda İran konsulluğuna kamikadze göndərildiyini, lakin iranlılardan heç birini hədəfə ala bilmədiyini bildirib və bundan sonra da İran və şiələri hədəfə alacağını vəd edib.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed