Şrift:
Ürəyi qəmli, gözü yaşlı, əməli xalis, duası həmd, yoldaşları kasıb, evi məscid, malı elm, zinəti zühd olan insan: Şihabəddin Sührəverdi
06.12.2011 [12:35] - Türkün şanlı tarixi
“Zahirini bəzəmə, çünki zahirini bəzəmək, batinin xarab olmasındandır”

“Ey oğul! Bu fani dünyanın zinətinə aldanıb qürurlanma. Bir kimsə dünyaya meyl etsə həlak olar. Axirət səfərinə hazır ol. Fürsət əlində ikən, Allahu Təaladan başqasına könül bağlama, bir gün gələr peşmanlığın fayda verməz”.

Böyük övliya, fiqh alimi Şihabəddin Sührəverdi 1144-cü ildə (H. 539) Sührəverddə anadan olub. Adı Ömər, atasının adı Məhəmməddir. Ebu Abdullah da deyirlər. Əbu Hafs və Əbül-Qasım Sufi də deyərlərmiş. Əbu Bəkri Sıddiq soyundandır. Şeyx Əbün-Nəcibin qardaşının oğuludur. 1234-ci ilin (H. 632) Məhərrəm ayında vəfat edib.
Şihabəddin Sührəverdi, elm öyrənmək üçün Bağdada gedir. Əmisi, böyük alim Əbu-Nəcib Əbdülaqahirin məclislərində iştirak edir, söhbətlərini dinləyir, ondan təsəvvüf elmlərini öyrənir. Eyni zamanda Əbdülqadiri Geylani həzrətlərinin söhbətlərində də iştirak edərdi. Bəsrədə də Əbu Məhəmməd bin Abdullahın dərslərində iştirak edirdi. Əbu Hafs Sühreverdi; əmisindən, Əbu Məhəmməd Hibətullah bin Şibli, Əbul-Fəth min Batdı, Mamer bin Tahir, Əbu Zürə Makdisi, Əbul-Fütuh Tai və bir çox alimdən hədisi şərif dinləyib, rəvayətdə bulundu.
Əbu Hafs Sührəverdi, fiqh, fazıl, sufi, hikmət sahibi, zahid, arif, elmi həqiqətdə zamanın şeyxi idi. Şafii məzhəbinə mənsub idi. Çox ibadət edərdi, əlinə keçən malı- mülkü kasıb və möhtaclara paylayardı. Fiqh elmini, əmisindən və Əbul- Qasım ibni Fadlandan öyrəndi.
İbni Nəccar onun haqqında: “Əbu Hafs Ömər Sührəverdi, elmi həqiqətdə zamanının şeyxi idi. Riyazət və mücahidə yolunu tutdu. Fiqh, müqayisəli hüquq, ərəb dili və ədəbiyyatını bilirdi. Bir çox alimdən hədisi şərif öyrəndi. Sonra təsəvvüf yolunu tutaraq, zikr və ibadətlə məşğul olaraq, insanlara vəz verməyə başladı. Əmisinin Dəclə kənarındakı mədrəsəsində dərs verdi. İslam diyarlarının hər tərəfindən onun söhbət və dərslərini dinləməyə bir çox alim və insanlar gəlirdi. Onun sözlərinin bərəkəti ilə günahkarlar dərhal tövbə edərdi. Tələbələri o zamanda ulduzlar kimi, ətrafa elm yayardılar. Onun sultanlar qatında sahib olduğu mövqeyə və hörmətə, başqa kimsə nail ola bilmədi. Ömürünün sonunda xəstələndi, bununla birlikdə, zikrləri azalmadı. Allahu Təalanı zikrə davam etdi. Camaatda yenə hazır oldu. 110 yaşına doğru həccə getdi. Vəfat etdiyində, geridə kəfən pulu belə buraxmamışdı”.
Əbu Hafs Sührəverdi buyurdu ki: “Övliyadan, yüksək mərtəbədə olan birinə, heç bir kəramət və möcüzə verilmiyəbilir. Çünki kəramətlər, yəqini, inanmağı artırmaq üçün verilər. Yəqin lütf edilən birinin kəramətlərə, möcüzələrə ehtiyacı olmaz. Bütün bu kəramətlər, ilahinin zikrindən və ürəyin bu zikrlə zinətlənməsindən aşağıda qalar”.
Şihabəddin Əbu Hafs Ömər ibni Məhəmməd Sührəverdi, oğuluna etdiyi nəsihətdə belə buyurur:
Ey oğul! Sənə, Allahu Təaladan qorxmağı, Allahu Təalanın və Rəsulunun, ana-atanın və övliyanın haqqına riayət etməyi tövsiyə edirəm. Əgər bunu etsən, Allahu Təala səndən razı olar. Açıqdan və gizli olarak Allahu Təalanın əmr və qadağanlarına riayət et. Gizli və açıq, içdən və xaricdən, təfəkkürlə, hüznlə və ağlıyaraq Qurani Kərim oxumağa laqeyd yanaşma. Elmdən bir addım belə üz çevirmə. Elm öyrən. Təsəvvüf əhli olduğunu söyləyib də dəlalət içərisində olanlardan, onların avamından olma. Çünki onlar, din oğruları və müsəlmanları doğru yoldan sapdıranlardır. Peyğəmbər əfəndimizin sünnə-saniyyəsinə yaxşı sarıl. Dində sonradan ortaya çıxıb, dindən imiş kimi inanılan, halbuki dində olmayan bidətlərdən çəkin. Çünki hər bidət dəlalətdir. Qadınlarla, bidət sahibi kəslərlə, zənginlərlə və nəfslərinin arxasında gedən avam ilə birgə olma.
Çünki bunlar, sənin dinini aradan qaldırar. Dünyada az bir şeylə qənaət et. Təkliyə yaxşı sarıl, səhv və günahların üçün çox ağla. Halalından yeməyə çalış, çünki halal yemək və haramlardan çəkinmək, bütün xeyrlərin və yaxşılıqların açarıdır. Harama əsla meyl etmə. Çünki harama meyl etsən, qiyamət günü Cəhənnəmdə yanarsan. Halal olan əşyaları gey. Əgər bunlara riayət etsən, imanın və ibadətin dadını duyarsan. Allahu Təaladan davamlı qorx. Sabah qiyamət günündə, Allahu Təalanın hüzurunda halının nə olacağını unutma. Gecə namaz qılmağı və gündüz oruc tutmağı çoxalt. İmam və müəzzin olmadığın zaman da camaatla namaz qılmağı əldən buraxma. Başçı olmağı istəmə. Çünki başçı olmağı istəyən və sevən kimsə, əbədi olaraq felah tapmaz. Hökm verənlərin və sultanların məclislərində olma. İnsanlarla münaqişə etmə, səni mədhedən kimsənin sözünə aldanma, pisləyən kimsənin sözlərindən ötəri də kədərlənmə. Hər kəsə qarşı yaxşı xasiyyətli ol. Təvazöyə yapış. Çünki Rəsulullah əfəndimiz; “Kim Allahu Təalanın razılığı üçün təvazö etsə, Allahu Təala onu yüksəldər. Kim qürurlansa və lovğalansa, Allahu Təala onu alçaldar” buyurdu. Hər vaxt, yaxşıya da, pisədə ədəbli ol. Kiçik-böyük hər kəsə mərhəmətli ol. Onlara qarşı şəfqət və mərhəmət gözüylə bax. Çox gülmə. Çünki gülmək, qəflətdəndir və ürəyi öldürər. Rəsulullah əfəndimiz; “Əgər siz, mənim bildiyimi bilmiş olsaydınız, az gülər, çox ağlardınız” buyurub. Allahu Təalanın rəhmətindən ümidini kəsmə. Ümid ilə qorxu arasında yaşa.
Ey oğul! Dünyanı tərk et, yəni haramları, Allahu Təalanın qadağan etdiyi şeyləri və dünya sevgisini tərk et. Çünki dünyanı istəyənin və sevənin dini gedər. Namazını qıl, orucunu tut. Allahu Təalanın vəli qullarına; malın, bədənin və mövqesinlə xidmətçi ol. Onların ürəklərini qazan, onların yaşayışlarına görə hərəkət et. Əhli sünnə etiqadı xaricində olanlar xaric, heç bir alimin sözlərini inkar etmə. Əgər belə bir inkarın olsa, əbədi olaraq felah tapa bilməzsin.
Ey oğul! Davamlı comərd ol. Allahu Təalanın sənə ruzi olaraq verdiyi şeylərdə comərd ol. Xəsislikdən, həsəddən, kin və hiylədən çəkin. Çünki, xəsis və həsədçi kimsənin yeri Cəhənnəmdir. Heç bir zaman halını insanlara açma. Zahirini bəzəmə, çünki zahirini bəzəmək, batinin xarab olmasındandır. Ruzi mövzusunda Allahu Təalanın vadlərine güvən. Çünki Allahu Təala, hər canlının ruzisini verəcəyinə dair zamin oldu. Allahu Təala, Qurani Kərimdə tərcümə olaraq; “Yerdə gəzən nə qədər canlı varsa, hamısının ruzisi, ancaq Allahu Təalaya aiddir” buyurur. (Hud surəsi: 61) İnsanlardan heç bir şey gözləmə. Haqqı söylə. Məxluqatdan heç birisinə meyl etmə. Faydasız şeylərdən çəkin. Peyğəmbər əfəndimiz bir hədisi şərifdə; “Adamın mələyənini, (faydası olmayan şeyləri) tərk etməsi, onun müsəlmanlığının gözəlliyindəndir” buyurub.
Ey oğul! İnsanlara nəsihət verici və faydalı ol. Yeməyi, içməyi, danışmağı və yuxunu azalt. Yalnız ehtiyacın qədər ye. Zərurət olmadan danişma. Çox yatma. Namaz, oruc və Allahu Təalanın zikri ilə məşğul ol. Ürəyin qəmli, gözün yaşlar tökücü, əməlin xalis, duan həmd, yoldaşların kasıb, evin məscid, malın elm, zinətin zühd olsun.
Ey oğul! Bu fani dünyanın zinətinə aldanıb qürurlanma. Bir kimsə dünyaya meyl etsə həlak olar. Axirət səfərinə hazır ol. Fürsət əlində ikən, Allahu Təaladan başqasına könül bağlama, bir gün gələr peşmanlığın fayda verməz”.
Əbu Hafs Sührəverdi bir çox əsərlər yazdı. Bunlardan bəziləri bunlardır: Akidətü Erbab-it-Taki, 2) Behcet-ül-Ebrar fi Menakıb-il-Gavs-il-Geylani, 3) Bugyet-ül-Beyan fi Tefsir-il-Quran, 4) Avarif-ül-Mearif fi Beyan-ı Tarik-il-Kavm: Tasavvufa dair bir eserdir.


Könül Sultanlarının iziylə:
Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1633 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed