Şrift:
İranın Şəhriyar qəzetində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həs olunan məqalə nəşr edilib
28.02.2014 [10:26] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
İranın “Şəhriyar” qəzetində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həs olunan məqalə nəşr edilib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, jurnalın 20 fevral 2014-cü il tarixli, 263 saylı buraxılışında və internet səhifəsində (http://shahryaronline.ir/images/PDF_Nashriye/263.pdf) gedən yazıda muxtariyyətin yaranma tarixi, XX əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnaklarının Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürməsi, Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda dinc əhaliyə qarşı qırğınlar törətməsi barədə də bəhs olunur.



Məqalədə muxtar respublikanın İran, o cümlədən İranın sərhəd vilayətləri ilə əlaqələri, muxtar respublikanın son 10 ildə nail olduğu sosial-iqtisadi inkişafa dair məlumatlar da əksini tapıb. Xatırladılır ki, 1989-cu ilin dekabrında Azərbaycanın İranla SSRİ imperiyası tərəfindən tikanlı məftillərlə bağlanan sərhədlər məhz ilk olaraq Naxçıvan əhalisi tərəfindən dağıdılıb.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed