Şrift:
Amerikadan Rusiyaya qarşı sanksiya tətbiqi...
04.03.2014 [09:46] - Gündəm, Siyasət
ABŞ hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə başlayıb.
Vaşinqtona əvvəlcədən planlaşdırılan danışıqlara getməyə hazırlaşan “Rosselxoznadzor”un (Rusiyanın veterinar və fitosanitar nəzarət üzrə dövlət xidməti) nümayəndə heyətinin ABŞ ərazisinə girişi qadağan edilib.Dövlət xidmətindən bildiriblər ki, 3-6 mart tarixlərində Vaşinqtonda Rusiya ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilməli idi: “Uçuşa bir sutkadan (24 saat) az qalmış ABŞ səfirliyi telefon və elektron poçt vasitəsilə Rusiya nümayəndə heyətinin rəhbəri, “Rosselxoznadzor”un sədr müavini Nikolay Vlasova xəbər verdi ki, rusiyalı ekspertlərin səfəri ABŞ üçün qəbuledilməzdir. Danışıqlarda iştirak edən Qazaxıstan nümayəndə heyəti isə Vaşinqtona uçub”.
Xatırladaq ki, ABŞ rəhbərliyi Ukraynadan qoşunlarını geri çəkməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed