Şrift:
Ötən il Azərbaycan DSX tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılıb
05.03.2014 [12:27] - Gündəm, Hadisə
Ötən il Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən axtarışda olan 2289 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.


Bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.



Saxlanılan şəxslər «Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində «saxla!» statusunda olublar.



DSX tərəfindən 2013-cü ildə sərhəd rejimi qaydalarını pozduğu üçün 18152 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Ötən il DSX əməkdaşları tərəfindən həmçinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində dövlət sərhədindən keçirməyə cəhd göstərilərkən 123 halda 150 kq 413 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed