Şrift:
Obama: Rusiya beynəlxalq hüququ pozur
13.03.2014 [13:12] - Siyasət
ABŞ prezidenti Barak Obama Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib.

“Gazeta.ru”-un verdiyi xəbərə görə, bunu Obama Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşü zamanı bəyan edib.



Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Obama, eyni zamanda, Rusiya prezidenti Vladimir Putini yeritdiyi kursu dəyişməyə çağırıb.



Öz növbəsində, Yatsenyuk Ukrayna hakimiyyətinin Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, hər şey Rusiyanın danışıqlara başlamağa hazır olmasından asılıdır. "Biz heç vaxt təslim olmayacağıq", - deyə Yatsenyuk bildirib.
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed