Şrift:
NATO-nun Baş Qərargahında Azərbaycanı kim təmsil etdi?
14.03.2014 [11:09] - Gündəm, Hərb
NATO İnformasiya Mərkəzlərinin təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri baxımından Brusseldə müzakirələr keçirilib

Belçikanın Brussel şəhərində, NATO-nun Baş Qərargahında tərəfdaş ölkələrin NATO informasiya mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib. “Tərəfdaş ölkələrin NATO informasiya mərkəzləri“ mövzusunda 2 günlük keçirilən tədbirdə Azərbaycanı Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin üzvü, eyni zamanda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova təmsil edib. Tədbir NATO-nun İctimai diplomatiya bölməsinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbiri NATO-nun İctimai diplomatiya bölməsinin Qafqaz üzrə regional koordinatoru xanım Despina Afentouli açaraq və NATO-nun hazırki siyasi proqramı haqqında məruzə ilə çıxış edib.
Daha sonra NATO- nun səlahiyyətli nümayəndələri J.Skonieszka, M.Rühle, K.Grabar- Kitaroviç, G.Niehus, S.Mehringer, D.Riggio və İ.Fernandez tərəfindən təmsil etdikləri bölmələrin fəaliyyətlərinə dair informativ və analitik baxımdan maraqlı çıxışlar edib, müzakirələr aparıblar.
Tədbir çərçivəsində xanım D.Afentouli, P.Lunak və B.Marankovanın iştirakı ilə “İctimai diplomatiya bölməsinin İnformasiya mərkəzləri ilə praktik əməkdaşlığı “ mövzusunda dəyirmi masa görüşü keçirilib və maraqlı müzakirələr aparılıb.
Tədbirdə həmçinin Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları J.İbrahimova, G.Məmmədova, R.Həmidov və E.Abdullayev ilə N.Ələsgərovanın görüşü keçirilib və görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının 20 illiyi çərçivəsində Gəncə şəhərində keçiriləcək tədbirlər barəsində müzakirələr aparılıb.
Həmçinin tədbirdə iştirak edən tərəfdaş ölkələrin İnformasiya mərkəzlərinin nümayəndələri tərəfindən təmsil etdikləri təşkilatların fəaliyyətlərinə dair təqdimat materialları nümayiş etdirilib.
Tədbir tərəfdaş ölkələrdə fəaliyyət göstərən NATO İnformasiya mərkəzlərinin təcrübə mübadiləsi və tərəfdaşlıq perspektivləri baxımından fəaliyyətllərinin daha səmərəli və intensiv təşkili üçün əhəmiyyətli idi.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed