Şrift:
Noyabrda Ceyhan limanından dünya bazarlarına 2,3 mln. ton neft çıxarılıb
06.12.2011 [19:35] - İqtisadiyyat
2011-ci ilin noyabr ayı ərzində Ceyhan limanından dünya bazarlarına 2 mln. 324 min 486 ton Azərbaycan nefti çıxarılıb.

ARDNŞ-dan verilən məlumata görə, bunun 1 455 454 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumilikdə yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 896 647 ton olub. BTC istismara verilən gündən 2011-ci ilin dekabr ayının 1-ə qədər Ceyhan limanından 171 830 848 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed