Şrift:
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
07.12.2011 [12:22] - Köşə yazarları
Bakı və Abşeron yarımadasında dekabrın 8-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Dekabrın 9-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim cənub-qərb küləyinin günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 9-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-14 dərəcə isti,
dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed