Şrift:
Ermənilər Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutub, kənd sakini və hərbçi yaralanıb
28.03.2014 [10:36] - Gündəm, Hərb
Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.


Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.



Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir.


Erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar.



Kənd sakinlərinin verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed