Şrift:
Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək
29.03.2014 [11:28] - Gündəm, Türk dünyası-Turan, Hərb
İyun ayında Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının (TAKM) toplantısı keçiriləcək. Bu barədə Türkiyə Jandarma Qüvvələrindən məlumat verilib.



Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın jandarma qüvvələri və Daxili Qoşunlar komandanlarının iştirak edəcəyi toplantıda TAKM-ın sədrliyinin rotasiya qaydasında Türkiyədən Qırğızıstana keçməsi gözlənilir.



Qeyd edək ki, TAMK 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşdırılıb. Təşkilatın emblemində at (türkdilli xalqların mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed