Şrift:
Bakıda “Maraqlar üçbücağında qalan bölgə, Azərbaycanın təhlükəsizliyi” mövzusunda konfrans keçirildi
31.03.2014 [11:43] - Xəbərlər, Gənclik
Azərbaycanın milli təhlükəsizliyi, bölgədə böyük dövlətlərin öz milli maraqları naminə apardığı mübarizə haqda müzakirələr aparılıb.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi “Maraqlar üçbücağında qalan bölgə, Azərbaycanın təhlükəsizliyi” mövzusunda elmi- praktik konfrans keçirilib.
Konfransda Azərbaycanın geostrateji önəmi fonunda yeni dünya düzənində Cənubi Qafqaz regionunda baş verən siyasi məsələlərdən danışılıb. Azərbaycanın milli təhlükəsizliyi, bölgədə böyük dövlətlərin öz milli maraqları naminə apardığı geopolitik və geoiqtisadi mübarizə haqda müzakirələr aparılıb.
Tədbirdə Gənclər Fondunun nümayəndələri, mövzuya marağı olan şəxslər, gənc araşdırmaçılar, respublikanın bir çox ali məktəbləri ilə yanaşı, Türkiyənin Bahçeşehir Univeristetinin tələbələrini təmsil edən nümayəndələr iştirak edib.
Xatırladaq ki, maraqlı disskusiya şəraitində keçən tədbirin sonunda konfransa verilən tezislər toplanaraq nəfis tərtibatda kitab halında çap olunub, iştirakçılara sertifikatlar verilib və xüsusi fəallıq göstərənlər isə qiymətli hədiyyələrə layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed