Şrift:
Liviyada yeni hökumətin əleyhinə mitinq keçirilib
08.12.2011 [10:16] - Gündəm
Liviyanın Tripoli şəhərinin Şəhidlər meydanında minlərlə liviyalının iştirakı ilə mitinq keçirilib. Mitinqçilər yeni hökumətin hərbi dəstələrinin özbaşınalığına etiraz ediblər.

Etirazçılar şəhərə nəzarət edən dəstələrin silahsızlaşdırılmasını tələb ediblər. Son həftələr ərzində Tripolidə müxtəlif silahlı dəstələr arasında dəfələrlə qarşıdurmalar baş verib.

Dekabrın 6-da Liviyanın müvəqqəti hökuməti başqa şəhərlərdən Tripoliyə gəlmiş silahlı dəstələrə iki həftə ərzində şəhəri tərk etməyi əmr edib.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed