Şrift:
«Qroznı-Bakı» neft kəməri partladılıb
08.12.2011 [10:24] - Gündəm
Dağıstanda «Qroznı-Bakı» neft kəməri Qarabalaxtinsk rayonunun ərazisindən keçən hissədə partladılıb. Bu barədə respublika daxili işlər nazirliyindən «İnterfaks»a məlumat veriblər. Hadisə Bakı vaxtı ilə dekabrın 7-si 20.50 radələrində neft kəmərinin 242-ci kilometrində baş verib.

«Boruda partlayıcı qurğu işə düşüb. Lakin kəmər sıradan çıxmayıb və neft məhsulları axmayıb», deyə DİN-dən bildiriblər.

Mənbənin sözlərinə görə, neftin nəqli dayandırılmayıb. Hadisə baş verən ərazi nəzarətə götürülüb.
Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed