Şrift:
ABŞ-dan Rusiyanın qonşularına mesaj
01.04.2014 [12:06] - Gündəm, Siyasət
Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri şimal qonşumuzun sülhməramlı olmasına inanmır

ABŞ Konqresi Rusiyanın qonşularına qarşı sülhməramlı olmasına inanmır.

FOX telekanalına müsahibəsində ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Rocers Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasından ciddi narahat olduğunu bildirib.

"Biz on minlərlə əsgər müşahidə edirik. Biz onların təkcə sayından deyil eyni zamanda təyinatlarından narahatdır. Onlar əmr olunacağı təqdirdi Ukraynaya daxil ola bilərlər. Onlarda xüsusi təyinatlı dəstə, ağır artilleriya, dəniz piyadası da var. Onlar Şərqi Ukraynanı ələ keçirə bilərlər", - deyə Mayk Rocers bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ABŞ kəşfiyyatının yaydığı məlumatda Rusiyanın Ukrayna ilə sərhədə 30 min canlı qüvvə cəlb etdiyi bildirilir. Son məlumatlarda isə əsgərlərin bir qisminin geri çəkildiyi deyilirdi.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed