Şrift:
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 milyon 159 min dollar artıb
02.04.2014 [10:49] - Xəbərlər, Hərb
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 907 506 manat (1 milyon 159 min dollar) artıb.


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.



Aprelin 1-i vəziyyətinə Fondun manat hesabındakı vəsait 53 248 284 manat, ABŞ valyutası ilə olan hesabındakı vəsait 211 791 ABŞ dolları, Avro hesabındakı vəsait isə 593 Avro təşkil edib. Fondun ABŞ dolları və Avro hesabındakı vəsaitin məbləği dəyişməyib, Rusiya rublu ilə hesabına vəsait daxil olmayıb.



Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.



Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed