Şrift:
Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb
03.04.2014 [09:14] - Hərb
Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb.


Yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib.



CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz arasında kriptolu danışması mümkündür.



Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir.



Qeyd edək ki, fevral ayında cəbhə bölgəsində keçirilən müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyinin telefonlarının ermənilər tərəfindən dinlənildiyinə dair məlumatlar yayılmışdı.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed