Şrift:
Traxtur”un müsabiqəsində tutulanlardan daha bir neçəsinin kimliyi müəyyənləşib
04.04.2014 [09:32] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əleyn” takımı arasında aprelin 1-də keçirilən futbol müsabiqəsi və bununla bağlı baş verən hadisələr, o cümlədən təhlükəsizlik qüvvələrinin izləyici qismində iştirak edən “Traxtur” tərəfdarlarına qarşı zorakı hərəkətləri və onlardan bir neçəsinin tutulduğu ilə bağlı geniş məlumat yaymışdıq. Məlumatda 20-dən çox soydaşımızın tutulması ilə bağlı da xəbər verilmişdir. Artıq tanınmış milli-mədəni fəal Əkbər Mühaciridən başqa daha bir neçə nəfər tutulanın kimliyi müəyyənləşib.

Məlum olub ki, Əli Hümməti, Nurizadə, Məhəmmədi, Səidi, Mərdani, Məleki, Əlipur və Həbib Mehrazər də tutulanlar sırasındadır. “Traxtur-Əleyn” müsabiqəsi zamanı Təbrizin səhənd stadionunda tutulan soydaşlarımız yaxalanarkən döyülüblər. Onlar ilk öncə polis idarəsinə aparılıb, sonra isə tutulanların məhkəməyə göndəriləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed