Şrift:
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışanların əmək haqları 10% artırılıb
09.12.2011 [09:36] - Sosial
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed