Şrift:
“Odlar Yurdu” GİB “ASAN xidmət” lə əməkdaşlıq edəcək
05.04.2014 [01:12] - Gündəm, Gənclik
ASAN Könüllüləri Gənclər Təşkilatı və “Odlar Yurdu” Gənclər İctimai Birliyi arasındakı əməkdaşlığa əsasən, Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən könüllülər “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkil etdiyi “LPBE” adlı layihəsi çərçivəsində ingilis dilində danışıq klublarında iştirak edəcəklər. Könüllülərin dil bilgilərinin inkişafına hədəflənən bu layihə mərhələli şəkildə bir il müddətini əhatə edəcək. Layihənin ilk mərhələsi iyun ayında yekunlaşacaq.
Əməkdaşlığın ümumi məqsədi əməkdaşlıq və partnyoluq münasibətlərini təmin etməklə Azərbaycan gənclərində könüllülük hərəkatını inkişaf etdirmək , dayanıqlı iqtisadi inkişaf, sahibkarlıq və başqa sahələrdə istedadlı gənclərin aşkarlanması, aktiv və kostant qalan bir könüllü bazasını formalaşdırmaq və onların bacarıqlarının düzgün istiqamətləndirilməsi, biliyin qazanılmasına dəstəyin verilməsi və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed