Şrift:
Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyası fəaliyyətə başlayacaq
09.12.2011 [09:48] - Sağlıq
Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. Kanalın rəhbəri Rüstəm Əliyev yeni layihənin məqsədi barədə danışaraq cəmiyyətin tibb barəsində maariflənməsinə xidmət edəcək kanalın əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibbin son nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına çatdırılacaq.

R. Əliyev internet TV-nin kabel televiziyası sisteminə keçidi üçün gərgin iş aparıldığını da diqqətə çatdırıb: “Tibbin bütün istiqamətlərinə aid yeniliklərin yerləşdirildiyi ixtisaslaşmış rubrikaların hazırlanması planlaşdırılır”.

Sonra televiziya kanalının əməkdaşları tədbir iştirakçılarına təqdim olunub. 24 saat fəaliyyət göstərəcək kanalın verilişlərinin 80 faizi qurumun öz istehsalı olacaq.
Bu xəbər oxucular tərəfindən 1995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed