Şrift:
Elman Abdullayev: Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya qəbul edir
10.04.2014 [09:16] - Gündəm, Siyasət
“Beynəlxalq birlik artıq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyini ifadə edib. Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsidir”.


Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidenti Serj Sarkisyanın Türkmənistanda səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.



E. Abdullayevin fikrincə, yaxşı olardı ki, S. Sarkisyan erməni tərəfinin qeyri-konstruktiv mövqeyini bir daha göstərən bəyanatlar vermək əvəzinə, öz səylərini və enerjisini münaqişənin həllinə yönəldərdi: “Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünya ictimaiyyəti qəbul edir. Ermənistanın bununla barışmasının vaxtı çoxdan çatıb”.



Xatırladaq ki, S. Sarkisyan Türkmənistana səfəri zamanı Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun mübahisə predmeti olmadığını söyləyib və bunun hüquqi baxımdan da təsbit olunmasının vacibliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed