Şrift:
Siyasi ekspert Svante Kornelle: Putin Azərbaycana hərbi müdaxilə edəcək
10.04.2014 [09:29] - Gündəm, Siyasət
“Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri maliyyələşdirir”.

“Axar.az” “Val Strit jurnal”a (“The Wall Street Journal”) istinadən xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Svante Kornelle çıxış edib.
O, Rusiyanın Qafqaza təsirinin həddən artıq gücləndiyini bildirib:
“Moskva Ermənistan üzərində nəzarətini artırıb. 2013-cü ilin sentyabrında Ermənistanı Gömrük İttifaqına zorla gətirməyə razı salıb. İndi isə növbə digər ölkələrdədir. Putin Azərbaycan və Gürcüstanda Rusiya meyilli müxalifət qüvvələri, etnik azlıqları maliyyələşdirir. Bu ölkələrin rəhbərləri isə Qərbin Krım böhranına göstərdiyi münasibətdən heç də razı deyillər”.
Ekspert bu ilin yayına qədər bölgədə vəziyyətin şiddətlənə biləcəyini deyib:
“Ermənistandakı hərbi bazaları hesabına rəsmi Moskva Azərbaycana hərbi təcavüz etmək imkanına sahibdir və bunu da edəcək. O iki ölkə arasında münasibətləri şiddətləndirəndən sonra Dağlıq Qarabağı yenidən savaş mərkəzinə çevirməyə çalışacaq. Rusiya Gürcüstandan özünün Ermənistandakı hərbi bazaları üçün tranzit rolunu oynamasını tələb edəndə Qərb nə edəcək? Əgər yoxlanılmamış və kaprizli Tiflis ABŞ-ın dəstəyini üzərində hiss eləməsə, o zaman... Həmçinin bu ilin yayında Gürcüstan Avropa İttifaqına assosiativ üzvlüyə qəbul olacaq ki, bu da Rusiyanın təzyiqinin görünməmiş həddə çatacağına səbəb olacaq”.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed