Şrift:
Azərbaycan BMT-də Ukraynanı dəstəklədi
10.04.2014 [12:16] - Gündəm, Siyasət
BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalib. Qətnamənin əleyhinə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər. Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır. Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb.
Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər. Beynəlxalq Valyuta Fondu isə bundan əvvəl Ukraynaya 2 il ərzində 14-18 milyard dollarlıq kredit ayrımaq qərarına gəlib. Ümumilikdə isə beynəlxalq aləm Ukraynaya 27 milyard dollarlıq kredit vəd edir.

Beynəlxalq Valyuta Fondunun icra komitəsi bu barədə apreldə yekun qərar verməlidir.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed