Şrift:
Olimpiada qalibləri bir gündə 4 aylıq təqaüd aldılar
11.04.2014 [09:42] - Gündəm, Gənclik
Bakı şəhəri məktəbliləri bir neçə aylıq hazırlıq mərhələsindən sonra şəhər məktəbliləri arasında keçirilən fənn olimpiadasında - bilik yarışında fəal iştirak etmişlər.Onların arasında Avropa Azərbaycan Məktəbinin şagirdləri də var. Dünən Bakıdakı 276 nömrəli orta ümumtəhsil məktəbində qaliblərin rəsmi şəkildə mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri Bakı Şəhəri Təhsil İdarəsinin müdir müavini filologiya elmləri doktoru professor Hüseyn Əsgərov açmışdır.
O, builki şəhər olimpiadasının qaliblərini təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı.Qaliblər arasında Avropa Azərbaycan Məktəbinin şagirdləri də var. Məktəbin X sinif şagirdlərindən Fərid Muradov tarix fənni üzrə ikinci, Günay Məmmədova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bilik yarışında birinci yerə çıxmışdır.

Bütün qaliblərə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri,Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti , Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadənin müəllifliyi və redaktorluğu ilə tərtib olunmuş 5 cildlik "Böyük İqtisadi Ensiklopediya"sı hədiyyə verilmişdir.
Ən çox sevinənlər isə birinci yeri tutanlar olmuşlar. Onlar tədris ili ərzində hər ay Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının təsis etdiyi 50 manat miqdarında təqaüd alacaqlar.
Tədbirin sonunda birinci yerin qaliblərinə dörd aylıq təqaüdləri verildi.

Nazim Nəsrəddinov,

Avropa Azərbaycan Məktəbinin müəllimi.
10.04.2014.
Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed