Şrift:
Qubada gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində layihə icra olunur
13.04.2014 [11:52] - Gündəm, Gənclik
Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi icra olunur.
Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır. Layihə Qubanın 8 zonasını əhatə edəcək.
Layihə çərçivəsində artıq Quba rayonunun Təngəaltı, II Nügədi və Zərdabi kəndlərində 120 nəfər gənc ps vərdişlərin fəsadları barədə geniş bilgi alıb.
Tədbirdə gənclərə zərərli vərdişlərin fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.
Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib.
May ayında Quba şəhərində baş tutacaq final oyunlarında artıq Qubanın dağ kəndi hesab edilən Afurca, II Nügədi və Zərdabi məktəbliləri iştirak etmək hüququ qazanıb.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed