Şrift:
-Təhsil sistemimiz – Yeniliklər və İmkanlar- layihəsi həyata keçirilir
15.04.2014 [10:14] - Gündəm, Gənclik
Yüzlərlə tələbənin iştirakı ilə maarifləndirici təqdimatlar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təhsil sistemimiz – Yeniliklər və İmkanlar” layihəsi həyata keçirilir. Layihə təhsildə son yeniliklərə və elmi nailiyyətlərin gənclər arasından təbliğinə xidmət edir.
Layihənin rəhbəri Rahu Şahin qızı Qurbanovanın verdiyi məlumata görə layihə çərçivəsində Azərbaycanda təhsil üzarə islahat və proqramların vacibliyini, onun müstəqil dövlətimizin inkişafında rolunu ifadə edəcək videorolik və bukletlər hazırlanıb.
"Layihədə gənclər arasında təhsildə son yeniliklər və elmi nailiyyətlərin təbliği ilə bağlı elm və təhsil işçiləri, xaricdə təhsil alımış gənclərin orta məktəblərin yuxarı sinif şagirdləri və Ali, həmçinin orta ixtisas məktəblərinin tələbələri ilə auditoriyadan kənar seminarların, təbliğat görüşlərinin keçirilməsi, bu görüşlərdə xüsusi sorğu blanklarının hazırlanıb gənclərə təqdim olunması, təhsildə olan son yeniliklər ifadə edəcək videorolik və bukletlərin təqdim olunması, onlarda maariflənmə işinin yüksək dərəcədə hazırlanması və bu kimi işlərin media tərəfindən işıqlanması, sonda gənclərimizin Azərbaycandakı təhsil sistemində olan yeniliklərin aşılanması ilə bağlı təkliflərinin irəli sürülməsi kimi məsələlər nəzərdə tutulub".
R. Qurbanova onu da xüsusilə vurğulayıb ki, layihənin əsas məqsədi təhsildə son yeniliklər və elmi nailiyyətləri gənclər arasında təbliğ etmək, gənclərin müasir təhsil sistemindəki yenilikləri Azərbaycan təhsil sistemində tətbiqi ilə bağlı məsələləri üzə çıxarmaqdan ibarətdir.

Qeyd edək ki, “Təhsil sistemimiz – Yeniliklər və İmkanlar” layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər təhsil müəssisələrindəki elan lövhələrinə vurulub. Layihə artıq bir neçə təhsil müəssisənində hayata keçirilib və layihənin maarifləndirici təqdimatlarında yüzlərlə tələbə iştirak edib. Layihədə iştirak edən tələbələrə sertifikatlarla təltif edilib, tələbələrin 12-13 aprel tarixində Bakı Hilton otelində Azərbaycan Universitetlərinin ən böyük Təhsil və Karyera sərgisində iştirakı təmin olunub.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed