Şrift:
«Ermənistana hücum silahları satan dövlətlər böyük səhv buraxıb»
24.09.2011 [19:57] - Xəbərlər
Araz Əzimov: «Ermənistan qonşu ölkələrdən çoxlu silah alıb»

«Bu gün Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin hesabatlarına baxırdım. Oradan məlum oldu ki, Ermənistan qonşu ölkələrdən çoxlu sayda silahlar alıb. Bunlar hücum silahlarıdır”.

Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.

A.Əzimov Ermənistanın aldığı silahlar arasında raketlər, 78 min «Kalaşnikov» avtomatı və s. olduğunu da vurğulayıb.

«Azərbaycanın ərazi bütövlüyü mütləq təmin olunmalıdır», – deyə nazir müavini vurğulayıb.

Bundan sonra Araz Əzimov Ermənistanın xarici ölkələrdən silah alması barədə verdiyi xəbərlə bağlı Bakıda jurnalistlərə geniş açıqlama verib.
APA-nın məlumatına görə, nazir müavini bildirib ki, söhbət Ermənistanın bir müddət əvvəl aldığı silahlardan gedir: «Ermənistan 2011-ci il ərzində bir neçə ölkədən külli miqdarda müxtəlif növ hücum silahları alıb. Bu faktlar bizdə var, biz bu faktlar üzərində işləyirik. Müvafiq ölkələrlə təmas saxlayır və anlatmağa çalışırıq ki, onlar çox böyük səhv buraxıb. Söhbət çoxlu növ hücum silahlarından gedir».
Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed