Şrift:
PKK terror təşkilatına məxsus düşərgələr darmadağın edildi
09.12.2011 [18:10] - Güney Azərbaycan xəbərləri
7 və 8 dekabr tarixlərində Türkiyə Hava Qüvvələrinə məxsus F16 tipli qırıcılar İraqın Şimalında yerləşən PKK terror düşərgələrinin hərbi əhəmiyyətli - Amediyə mahalına aid Zaap vadisində yerləşən düşərgələrini darmadağın etdi.
Məlumatı İraq Kürdüstanının lideri Cəlal Təlabaninin partiyasına aid rəsmi internet saytı yayımlayıb.
Bundan əlavə, Tələbaninin partiyasının saytı Şimali İraqın qurudan top, havadan isə təyyarələrin bombardmanıyla atəş altına alındığını və türk əsgəri birliklərin də sərhəddə toplaşdığını iddia edir.

Nurlan MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed