Şrift:
İsveçdə Dünya Azərbaycanlıları Konqresinin Birlik Qurultayının keçirilməsinə həsr olunan konfrans işə başlayıb
10.12.2011 [12:20] - Diaspor
Dunya Azərbaycanlıları Konqresinin Birlik Qurultayına hazırlıq təşkilat komitəsinin İsveçin paytaxtı Stokholm şəhərində keçirdiyi “21 Azər ərəfəsində Milli Birliyə doğru” adli konfransı işə başlayıb.

APA-nın Stokholma ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, konfransda DAK-ın ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya, Almaniya, Norveç, İsvecrə, Hollandiya, Fransa, Türkiyə, Ukrayna, Rusiyadan olan nümayəndələri, o cümlədən Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, dünyanın bir çox ölkələrində yaşayan görkəmli ziyalılar, xaricdə yaşayan gənclər, siyasi partiya və QHT təmsilçiləri, Azərbaycandan olan millət vəkilləri iştirak edirlər.

2 gün davam edəcək konfransın keçirilməsində məqsəd azərbaycanlıların xaricdə ən böyük diaspor təşkilatı olan DAK-ın birliyinə təməl qoymasıdır. Konfrans iştirakçıları DAK-ın əsas prinsiplərinin təşkilatın heç bir hakimiyyətə və ya muxailfətə baglı olmayan müstəqil, milli bir təşkilat olduğunu, diaspor təşkilatı olaraq xaricdə fəaliyyət göstərməli olduğunu, strukturlarında təmsil olunan və bu təşkilatın üzvü olan heç kimsə heç bir zaman bu təşkilatın adından və nüfuzundan istifadə edərək şəxsi məqsədlə ondan yararlana bilməzliyini söyləyiblər.

Qeyd edək ki, DAK adı altında iki qurum çalışmaqdadır. Stokholmda keçirilən toplantı bu iki qurumun birləşməsi üçün hazırlanıb.

Xatırladaq ki, 1997-ci ildə təməli qoyulan Dünya Azərbaycanlıları Konqresi təşkilat olaraq bu illər ərzində çox ağır və çətin günlər yaşayıb. 2003-ci ildə bəzi nifaqlara, qarşıdurmalara məruz qalaraq, iki yerə bölünüb. 2007-ci ildə VIII Qurultayını keçirdikdən sonra isə diaspor təşkilatı olmasına baxmayaraq, qərargahını tamamilə Azərbaycana köçürüb.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed