Şrift:
İranın nüvə fəaliyyətini izləyən Beynəlxalq Atom Enerjisi Agentliyi bu barədə məruzə yayıb
19.04.2014 [09:55] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran hökuməti yüksək həddə zənginləşdirilmiş uran ehtiyatının yarısını ləğv edib. İranın nüvə fəaliyyətini izləyən Beynəlxalq Atom Enerjisi Agentliyi bu barədə məruzə yayıb. Rəsmi Tehranın bu addımı ilin əvvəllində 5+1 ölkələri ilə əldə olunan razılaşmanın şərtlərinə uyğun olub.

Cenevrə razılaşmasına əsasən, İran ona qarşı tədbiq olunan sanksiyaların yüngülləşdirilməsi qarşılığında uranın zənginləşdirilməsini dayandırmaq və sentrifuqaların sayını azaltmağa razılıq vermişdi. Analitiklərin sözlərinə görə, İranın bu addımı Qərb ölkələri tərəfindən müsbət irəliləyiş kimi şərh oluna bilər. İranla əldə olunan müvəqqəti razılaşmanın vaxtı İyul ayında bitəcək. 5+1 ölkələri İrandan nüvə proqramını minimum səviyyəyə qədər məhdudlaşdırmasını tələb edir. Ölkənin ali dini lideri ayətullah Əli Xamneyi danışıqlara dəstək olsa da, İranın nüvə proqramından əl çəkməyəcəyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed