21.04.2014 [13:53] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Məlum olduğu kimi, martın 15-də Danimarkanın paytaxtı Kopenhaugen şəhərində bir grup Güney Azərbaycan fəalları bir araya gələrək, “Sürgündə Güney Azərbaycan Parlamenti”nin yaradılmasına təşəbbüs göstərib.
Bu təşəbüsə münasibət bilidirmək üçün, Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti aprelin 19-da MDHP Mərkəzi Qərargahının konfrans zalında toplantı keçirib.
Tədbirdə MDHP rəhbərliyilə yanaşı, ziyalılar, hüquqşünaslar, Bakıda yaşayan Güney azərbaycanlı milli fəallar, ictimai-siyasi təşkilatların nümayəndələri müvzü ətrafında fikir mübadiləsi aparılıblar.
Toplantını şəhidlərimizi anmaqla açıq elan edən MDHP Güney Azərbaycan Departamentinin Rəhbəri Əlirza Amanbəyli toplantıda iştirak edənləri salamlayaraq Güney Azərbaycan milli hərəkatının daxildə və xaricdə fəaliyyəti haqda tədbir iştirakçılarına qısa məlumat verdikdən sonra MDHP Güney Azərbaycan Departamentinin Güney Azərbaycan Mühacir parlamentinin yaradılmasına münasibət bildirərək təşkilatın hazırladıqı təklif və münasibətini tədbir iştirakçıların diqqətinə çatdırdıqdan sonra müvzu ətrafinda fikir mübadiləsi aparmaq üçün iştirakçılara söz verib.
Toplantı iştirakçıları Güneyli mili fəallar Taymaz Dizəli,hüquq Müdafiəçisi Pərviz Urmulu,Güneyli Ozan Yanar Sönməz,MDHP GAD-ın sədr müavini Türkər Xalxallı,KXCP təmsilçisi,Türk tarixinin tanınmış araşdırıcısı Aydın Mədətoğlu,Oktay Daşoğuz,BAO təmsilçisi tarixçi alim Bəxtyar Tüncay,BAO idarə heyyətinin üzvü Hakim Sadıqlı,Asif Ata Ocaqı nümayəndəsi İşıqlı Atalı,Ümüd Partiyası Dispor məsələləri üzrə sədr müavini Rüf Muaradlı,tanımış yazar Məhərrəm Şəmkirli,MDHP QAD sədri Bayram Abbasov,MDHP ideoloji məsələlər üzrə sədr müvini Həbib Ələkbərsoy,MDHP Qarabağ Departamentinin sədri şakir Ağayev,MDHP Alli Məclisinin sədri Tahir Seyidov,MDHP qarbağ Departamentinin sədr müavini Malik Talıbov və başqalrı müvzü ətrafında fikir mübadiləsi apararaq öz təklif və tənqidlərini bildiriblər.Tədbirin sonuinda MDHP GAD-ın təklif etdiyi bəyanat əlavə təkliflər nəzərə alınaraq qəbul edilib.
Tədbirdən ətraflı məlumçat almaq üçün aşağıdakı video reportaja baxa bilərsiniz.
Avropa.info MDHP-GAD-ın Güney Azərbaycan Mühacir Parlamentinin yaradılmasına təklif etdiyi bəyanatı diqətinizə təqdim edir:
"Məlum olduqu kimi, 15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir grup Güney Azərbaycan fəalları bir araya gələrək, “Sürgündə Güney Azərbaycan Parlamenti”-nin yaradılmasına təşəbüs göstərmişlər.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti olaraq qeyd etməliyik ki, bu təşəbbüsün müsbət yönləriylə yanaşı, səhv məqamları da az deyil.
Nüfuzu 40 milyonu ötən bir xalqın adından tələm tələsik və demək olar ki, bir çox Güney Azərbaycan qurum və quruluşların, xaricdə və daxildə olan milli hərəkat fəallarının heç bir məlumatı olmadan və münasibətinini öyrənmədən “Sürgündə Güney Azərbaycan Parlamenti” yaratmaq qərarına gəlmək bütün demokratik dəyərlərə tam ziddir.
Bu günə qədər müxtəlif təşkilatlar və fərdlər tərəfindən belə bir parlamentin yaradılması dəfələrlə gündəmə gətirilmiş lakin, milli fəallar arasında həmrəyliyin olmaması bu təşəbüslərin gerçəkləşməsinə imkan verməmişdir.
Ancaq bu gün bölgədə gedən proseslər, Güney Azərbaycanda milli oyanışın tam yetginliyi beynəlxalq arenada Güney Azərbaycan məsləsinin dağınıq formada yox, bütün Güney təşkilatlarının koalisiyon formatında gündəmə gətirilməsi zərurətini yaradır.
Biz hesab edirik ki, nəzərdə tutulan parlament o zaman həqiqi mənada öz adını doğruda bilər ki, həmin parlament təşkil edilmədən öncə, Güney Azərbaycanla ilgili bütün qurum və quruluşlar bir araya gələrək Sürgündə Güney Azərbaycan Parlamentinin yaranması ilə əlaqədar öz təklif və proqramlarını təqdim etməli və bütün təkliflər ciddi formada müzakirə olunmalıdır. Btün tərəflərə qaranlıq qalan məqmlar aydınlaşdırılmalı, yekün qərar vrildikdən sonra ilk olaraq işçi qurupu və təşkilat komitəsi yaradılmalıdır.
MDHP GAD olaraq, aşağda qeyd olunaları təklif olaraq diqətinizə təqdim edirik:
1. Sürgündə Güney Azərbaycan Parlamentinin qurulması prosesində yalnız şəffaflıq və demokratik prinsiplərin tətbiqini əsas şərt olaraq qəbul edirik və bu prosesdə xaricdə yaşayan bütün milli və siyasi fəalların iştirakını təmin edən mexanizmin tapılmasını təklif edirik.
2. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının əsas ağırlığı Güney Azərbaycanın daxilində olduğu üçün, nəzərdə tutulan parlamentdə adları açıqlanmamaq şərtilə, orada olan milli ziyalılarımızın və öndə gedən milli hərəkat fəallarının mütləq şəkildə təmsil olunması və bu işi təmin etmək üçün məntiqli bir yolun tapılmasını təklif edirik.
3. Siyasi xətinə və ideoloji baxışına baxmayaraq Güney Azərbaycanla ilgili bütün qurum və qurluşlar (Turançı, Bütöv Azərbaycançı, İranı bütövlükdə Türk dövlətinə çevirmək tərfdarı olanlar, İstiqlalçı, Muxtariyyətçi, Mədəni Muxtariyyət tələb edənlər və Federalçılar) demokratik qaydlara əsaslanaraq parlamentdə təmsil olunmalı və hamıya bərabər təmsilçilik hüququ tnınmalıdır.
4. Sürgündə Güney Azərbaycan Parlamentinin mailyə mənbələri tapılmalı və həmin mənbələr inanılmış və etibarlı şəx və şəxslərin olması mühüm şərtlərdən biridir.
5. Həmin Parlamentdə təmsil olunan qurum və qurluşlar Parlamentdə yaradılacaq komisiylarda təxəssüsə uyğun olaraq iş bölgülərində yaxından iştirak etməli və razılaşdırılmış müddət ərzində gördükləri işlər haqda yazılı hesabat verməlidir. (İqtsadiyyat, Siyasət, Elm və Mədəniyyət, Beynəlxalq Münasibətlər, Türk dövlətlərilə əlaqələr, Təhlükəsizlik, Müdafiə və…..)
6. Güney Azərbaycanın milli maraqları ilə bağlı qərarların hər hansı məhdud qrupun təsiri altına düşməsi yolverilməzdir.
7.Anayasa(konstitusiya) komitəsi yaradılmalı və Gələcəkdə qurulacaq Güney Azərbaycan dövlətinin Anayasası hazırlanmalıdır.
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamenti (MDHP GAD ) yuxarıda qeyd olunan pirinsiplər əsasında “Sürgündə Güney Azərbaycan Parlamentinin” yaradılmasını təklif edir və bu pirinsiplərə dəstək verəcəyini bəyan edir"
Hörmətlə:
MDHP Güney Azərbaycan Departamenti
19.04.2014
Tədbirin video görüntüsün aşağıda izləyə bilərsininz.
Tədbirin tam video görüntüsü:

Bu xəbər oxucular tərəfindən 1463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |