Şrift:
" Anadolu Ateşi" iyunda yenidən " yanacaq"
23.04.2014 [09:42] - Gündəm, Bildiriş
Türkiyənin rəqs sultanları "Anadolu Ateşi" bu günə qədər göstərdiyi performansın ən möhtəşəmi ilə iyun ayının 6, 7, 8 -i yenə də Heydər Əliyev Sarayında sevənləri ilə görüşəcəkdir. "The Best of Anadolu Ateşi" adlı proqramı ilə çıxış edəcəkdir.

1999 - cu -ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan "Anadolu Ateşinin" ilk adı "Rəqsin Sultanları" olmuşdur. Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002 - cildən dünya turuna başlamış və 93 ölkədə 3850 shou göstərmiş 35 milyondan çox sənətsevər tərəfindən izlənilmişdir. "Anadolu Ateşi" 2001 - ci ildən bu günə kimi İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibr, Ruminya, Bosniya, Yeni Zelandiya, İtalya, Slovakiya, Belarusiya, İngiltərə, Gürcüstan, Suriya, Slovenya, Malaziya, Bəhreyn, BƏƏ, Yunanıstan, İspaniya və.s ölkələrdə səhnə almış, Anadolu mədəniyyətini dünyaya tanıtmışdır. Bu o deməkdir ki, qrupu demək olar ki, dünyanın hər yerində sevir və tanıyırlar. Azərbaycanda dəfələrlə səhnə alan qrup Azərbaycan tamaşaçısının əvəzolunmazlarındadır. Və bu dəfə öz tamaşaçısı üçün Anadolu Ateşi ən yüksək performansı ilə çıxış edəcək. Çünki onlar Azərbaycan tamaşaçısının zövqünə və sənət duyumuna inanırlar!

"Anadolu Ateşi"nin təşkilatçısı olan "SA ORGANIZATION" artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan "organization" bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib. Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", “Tararam”, "Şaman",Celtic Legends, həmçinin Ruslana, Kenan Doğulu, Mustafa Sandal və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə "organization" yeni konsert layihəsini həyata keçirir.

Bu xəbər oxucular tərəfindən 1183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed