Şrift:
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi həbsxanadan qaçmış məhbusun tutulması ilə bağlı məlumat yayıb
10.12.2011 [14:32] - Köşə yazarları
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Qaradağ rayonundakı 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) baş verən insidentlə bağlı açıqlama yayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, dekabrın 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı MTCM-də məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun oradan qaçması barədə MTn-ə məlumat daxil olub.

Faktla bağlı MTN-in müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilib və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dekabrın 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən “Asfar” qapalı futbol kompleksinin ərazisində MTN-in əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed