Şrift:
Güney Azərbaycanda bütün sahələrdə bahalşama davam edir
24.04.2014 [09:10] - Güney Azərbaycan xəbərləri
İran rejiminin apardığı yalnış siyasət nəticəsində ölkədə bahalıq hökm sürür.

Bu bahalıq ayri-seçkiliyə məruz qalan Azərbaycan bölgələrində daha çox özünü göstərir. Son məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində taksilərin gediş haqqı 25% bahalaşacaq.

Artıq Sulduzun Şəhər Şurası taksiçilər qurumunun təklif etdiyi yeni qiymətə baxıb. Yeni qiymət Şəhər Şurasında onaylandıqdan sonra yekun təsdiqlənmə üçün Qərbi Azərbaycanın valiliyinə göndəriləcək. Şəhər Şurasının rəisi Seyid Mehdi Ələvi qiymət artımının 25% olduğunu bildirib. Həmin məlumatda deyilir ki, yeni qiymət valilikdə təsdiq edildikdən sonra taksiçilər gediş haqqını 25% deyil, 50% qaldıracaqlar.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed