Şrift:
Güney Azərbaycan xəbərləri
10.12.2011 [19:15] - Köşə yazarları
Azərbaycanlı fəal Armin Təməri məhkəməyə çağırılıb

Azərbaycanlı milli-mədəni fəal Armin Təməri Salmas şəhərinin inqilab məhkəməsinə çağırılıb.
O, dekabrın 11-də (azərin 20-də) mühakimə olunacaq.
Hakimin keçmiş məhkəmə iclaslarında bildirdiyinə görə bu dəfə azərbaycanlı fəal ittihamlarla bağlı son müdafiəsini etməlidir.
Qeyd edək ki, Armin Təməri bu ilin sentyabr (şəhrivər) ayında Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşləri zamanı Salmas şəhərində tutuqlanıb, bir neçə gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.


İsveçdə DAKla bağlı önəmli konfrans...

İsveçin Stockholm şəhərində önəmli konfrans öz işinə başlamaq üzrədir. ”21 Azər ərəfsində Milli Birliyə doğru” konfransı 9-10-11 dekabr (December) tarixlərində keçiriləcək.
Bu zəmində yeni yaranmış “Birlik Komitəsi” Dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi sözü gedən Müraciəti təkrar olduğu kimi təqdim edirik:
“Dəyərli Dünya Azərbaycanlıları!
1997-ci ildə təməli cox dəyərli və milli şəxsiyyətlərimiz tərəfindən atılan və üç əsas strategiyanı hədəf götürmüş olan, Dünya Azərbaycanlıları Konqresi (DAK) 15 yaşına girməkdədir. Keçirmiş olduğu bu 14 ildə DAK, heç şübhəsiz öz tarixi missiyasını ekonomik vəziyyətinə, daxili və xarici qüvvələrin təsirinə baxmayaraq, həyata keçirmiş və günümüzə qədər ayaqda durmağı bacarmışdır.
Dünya Azərbaycanlıları Konqresi DAK, bu 14 il içərisində çox ağır və çətin günlər yaşadı. 2003-ci ildə bəzi nifaqlara, qarşıdurmalara məruz qalaraq, 2 parçaya bölünmüş və 2007-ci ildə 8-ci Qurultayını keçirdikdən sonra isə diaspora təşkilatı olmasına baxmayaraq, qərargahını tamamilə Azərbaycana köçürmüşdür. Elə o gündən bəri 14 il bundan əvvəl qoyulan ana prinsiplər pozularaq DAK Azərbaycanda bir iç təşkilat halına gəlmişdir.
Keçmişimizdəki problemləri görməzdən gəlmək mümkün deyildir. Yanlız keçmişə saplanıb qalmaq, təşkilatımızın gələcəyi və millətimizin biz xaricdə yaşayan azərbaycanlılardan olan istəyinin yanında əncir çəkirdəyinin doldurmayacaq qədər kıçık mövzulardır. Belə ki, Ortadoğuda dövlətlər arası münasibətlər hər keçən gün bir az daha sərtləşir və gedişatdan İran deyilən yer kəskinliklə öz payını alacaqdır. İran adlanan yerdə millətimizin ikiyüz ilə yaxındır ki, dilindən, milli kimliyindən uzaqlaşdırmağa çalışıldığı bütün dünyaya məlumdur. Fars şövinist rejimi ortaya çıxacaq olan siyasi böhranda dağılma təhlükəsilə qarşılaşacaq və elə bu vəziyyətdən istifadə edərək millətimizin haqq səsini dünya ictimaiyyətinə bizlər çatdıracağıq. Bunun üçün bir olub birlik olmaq və dirilik olmaq bizlər üçün bügün milli bir borcdur. Bu cur tarixi fürsətləri əldən vermək elə yenə də bizim millətimizi adına bir itkidir. Dağlıq Qarabağ bizim heç bir zaman unutmayacağımız və hər zaman gündəlikdə tutmamız gərəkən bir mövzudur.
Dəyərli bacı və qardaşlar!
Son iki ayda DAK-ın hər iki qanadında fəaliyyət göstərən İdarə Heyəti üzvləri ilə bir neçə dəfə internet iclasları, telefonlar və üzbəüzə görüşlərimizdən sonra 21 nəfərlik bir komitə yaradıldı. Bu komitəyə hər bir DAK təşkilatının idarə heyətindən 7 nəfər və DAK-ın bütün fəaliyyətlərində əməyi keçmiş və bu gün hüquqi zəmini olmayan Avropadan və Amerikadan 7 nəfər bu komitəyə daxil edilmişdir. Bu komitə 9-10-11 dekabr tarixlərində İsveç Kırallığının Stockholm şəhərində ”21 Azər ərəfsində Milli Birliyə doğru” konfransını təşkil etməkdədir. Bu konfransa DAK-da eməyi keçən hər kəs dünyanın harasında yaşamasından asılı olmayaraq dəvətlidir.
Konfransın tarixi əhəmiyyəti millətimizin xaricdə ən böyük diaspor təşkilatı olan DAK-ın birliyinə təməl qoymasıdır. Bu birliyi özümüzə şüar edib aşağıdakı prinsipləri əsas tutaraq yola çıxmışıq.
1. DAK heç bir hakimiyyətə və ya muxailfətə baglı olmayan müstəqil, milli bir təşkilat olmalıdır,
2. DAK diaspora təşkilatı olaraq xaricdə fəaliyyət göstərməlidir,
3. DAK strukturlarında təmsil olunan və bu təşkilatın üzvü olan heç kimsə heç bir zaman bu təşkilatın adından və nüfuzundan istifadə edərək şəxsi məqsədlə ondan yararlana bilməz. Bu təşkilatın nüfuzunu və mənafeyini qorumaq hər birimizin milli vəzifəsi olmalıdır.
Biz bu amaclar və prinsipləri qəbul edən hər kəsi aramızda görmək isəyirik.
Bu yolda Avropa, Amerika, Kanada və eləcə də dünyanın fərqli yerlərində fəaliyyət göstərən siyasi təşkilatlarımızın nümayəndələrini də aramızda görmək bizlərə ayrı bir sevinc verəcəkdir.
Sayqılarımızla
Birlik Komitəsi:
Rza Sələhşur
• Əhmad Obalı
• Dr. Behruz Kuşeşi
• Behruz Həqqi
• Huseyn Vüsuqi
• Fəramerz Qulizadə
• Dr. Suleymani
• Prof. Dr. Paşa Qəlbinur
• Baba Tağıyev
• Səfter Rəhimli
• Fridun
• Dr. Cavad Derəxti
• Məmməd Azər
• Cabbar Səttaroğlu
• Seyavuş Yusifov
• Teymur Eminbəyli
• Rəhmət Nəcəfpur
• Yəhya əliyev
• Dr. Mir Əşrəf Fətiyev
• Prof. Dr. Oqtay Hüseynov
• Dr. Asif Qurban”



GAMAC növbəti Qurultaya hazırlaşır

2010-cu ilin 12-13 iyunda (June) təsis qurultayı keçirilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) növbəti qurultayına hazırlaşır.
Cəbhənin təşkilat komitəsindən verilən məlumata görə, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nizamnaməsinə uyğun olaraq, 2-ci qurultay 2012-ci ilin yanvar (January) ayının 6, 7,8-i Almaniyanın Köln şəhərində yerləşən Youth Hostel- gənclər evində baş tutacaq.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin növbəti qurultayını təşkil edən təşkilat komitəsi, bütün dünyada olan Azərbaycan Türklərini fərdi və təşkilat olaraq bu qurultaya dəvət edir.


Yaponiya da İrana qarşı sanksiyaları (təhrim) sərtləşdirdi

ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyindən (AB) sonra Yaponiya da İrana qarşı sanksiyaları (təhrim) sərtləşdirib.
Yapon hökumətinin bu cür addımı İranın enerji sektoru (bəxş, bölüm) sahəsində məhdudlaşdırmalara şamil edilməyib.
Xatırladaq ki, Yaponiya İrandan ən çox xam neft satılan ölkələr arasında üçüncü sıradadır.


Qərb-İran arasında müharibə başlayacaq yoxsa başlayıb?!

Uzun müddətdir gündəmdə olan İrana hərbi müdaxilə ilə bağlı xəbərlərin xarakterində (mahiyyətində) dəyişikliklər başlamışdır.
Əgər əvvəllər İrana müdaxilənin olub-olmayacağı ilə bağlı xəbərlər çoxluq təşkil edirdisə, son xəbərlərdə və analizlərdə İranla müharibənin artıq başlayıb-başlamadığı barədə müzakirələr aparılır.
Bütün bunlar isə təsadüfi deyil. İstər İran cəbhəsindən, istərsə də əks cəbhədən verilən bəyanatlar şəraitin nə qədər gərgin olduğunun göstəricisidir. İranda və ətrafında baş verən hadisələr isə “müharibənin artıq başladığına” dair fikirlərin artmasına səbəb olur.
İki gün əvvəl prezident Əhmədinejadın müharibəyə hazırlıqla bağlı göstəriş verdiyini açıqlamasından sonra dünən də İran İslam İnqilabının Mühafizəçiləri Korpusunun (Sepah) komandiri (fərmandeh) General Məhəmməd Əli Cəfəri, əsgərlərinə açıq və gizli hücumlara qarşı hər an hazır olmaq əmrini vermiş, İranın bütün kritik (nöhranlı) nöqtələrinə əsgər və hərbi sursat (mühümmat) daşınmağa başlanmışdır. Qərb ölkələrinin kəşfiyyat orqanları İranın uzun mənzilli raketləri, yüksək təsir gücünə malik partlayıcıları, böyük topları və xüsusi hərbi dəstələri əsas müdafiə məntəqələrinə yerləşdirdiyini iddia edirlər. Bunlar arasında İranın çox güvəndiyi “Şahab” raketləri də var.
İngiltərinin nüfuzlu “Telegraph” qəzeti isə İranın mümkün bir hücuma qarşı müdafiə məqsədiylə sürətli hərəkət qabiliyyətinə malik xüsusi hərbi birləşmələr qurduğunu yazmışdır. Qəzet Tehran rejiminin getdikcə Qərbin kəşfiyyat orqanlarının koordinasiyalı (uyğun, həmahəng) bir şəkildə İranın nüvə təsislərini yox etmək üçün xüsusi əməliyyat planı hazırladığına dair paranoyaya qapıldığını da iddia etmişdir. Qərb mətbuatı proseslə (prusə) bağlı analizlərində İran ətrafında prosesləri barıt cəlləyinə oxşadaraq partlayış üçün bir qığılcımın kifayət edəcəyini iddia etmişdir.
“Stuksnet” virusu ilə hücumdan sonra İranın nüvə alimlərinin müəmmalı ölümləri, nüvə texnologiyası baxımından əhəmiyyətli hərbi və elmi mərkəzlərdə partlayışların baş verməsi, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) pilotsuz (xələbansız) kəşfiyyat təyyarəsinin İran tərəfindən vurulması bəzi ekspertlər (karşünas) tərəfindən iki ölkə arasında artıq müharibənin başlaması kimi izah edilir.

Əlirza Amanbəyli




“Traxtur-Mis” və “Şəhrdari-Fəcr” müsabiqələrinin son nəticəsi

Təbrizin “Traxtur” futbol takımı (tim) ilə Kirmanın “Mis-i sərçeşmə” takımı arasında keçirilən müsabiqə bərabər hesabla sona çatıb.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 16-cı həftəsində keçirilən müsabiqədə heç bir takım tərəfindən qol vurulmayıb.
Bununlada bu gün yerli vaxtla saat 15:00-da başlayan müsabiqə (0 – 0) hesabı ilə yekunlaşıb.
Eyni vaxtda Şirazın Hafiziyyə stadionunda Təbrizin “Şərdari” takımı ilə Şirazın “Fəcr-i sipasi” takımı arasında başlayan müsabiqə, “Fəcr”ın qələbəsi ilə sona çatıb.
Müsabiqə (2 – 1) hesabı ilə “Fəcr”ın xeyirinə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed