Şrift:
Rusiya NATO sərhədini pozdu – F-16-lar havaya qalxdı
25.04.2014 [09:41] - Hərb
Rusiyaya məxsus iki bombardmançı təyyarə NATO-nun yaradıcısı olan ölkərdən biri – Hollandiyanın hava sərhədlərini pozub.Bu həyəcanlı anlarla əlaqədar Hollandiya müdafiə strukturu “Volkel” hərbi bazasından havaya təcili şəkildə iki F-16 qırıcı təyyarəsi qaldırıb.
Məqsəd Rusiyanın TU-95 tipli bombardmançısını saxlamaqdı. Hollandiya Müdafiə Nazirliyinin açıqlamasına görə, rus təyyarələri belə manevrlər etməklə Danimarka və Böyük Britaniyanın hava qüvvələrini izləyirlər.
Xatırladaq ki, Ukrayna hadisələri ilə əlaqədar Hollandiya aprelin 10-da NATO təlimləri çərçivəsində Rusiya ilə əməkdaşlığa xitam verib.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed