Şrift:
Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoyta istefa verib
10.12.2011 [21:03] - Köşə yazarları
Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinin “prezidenti” Eduard Kokoyta istefa verib.

“RİA Novosti”in xəbərinə görə, bununla da o, “prezidentliyə” keçmiş namizəd Alla Cioyeva ilə imzaladığı respublikadakı vəziyyətin nizamlanmasına dair sazişin tələbini yerinə yetirib.

Sazişin digər şərti isə Cənubi Osetiya Ali Məhkəməsinin sədri Atsamaz Biçenovun və baş prokuror Taymuraz Xuqayevin istefaya göndərilməsi olub. E.Kokoyta istefa verməmişdən öncə adı çəkilən şəxsləri işdən azad edib.

Qeyd edək ki, noyabrın 27-də Cənubi Osetiyada keçirilən “prezident seçkiləri”ndə Alla Cioyeva respublikanın fövqəladə hallar naziri Anatoli Bibilova qalib gəlib. Lakin Ali Məhkəmə A.Cioyeva tərəfdarlarının çoxsaylı qanun pozuntularına yol verdiyini əsas gətirərək, “seçkilər”in nəticələrini ləğv edib və 25 mart 2012-ci ildə xanım namizədin iştirakı olmadan yeni “prezident seçkiləri”nin keçirilməsinə qərar verib. A.Cioyeva isə özünü “qanuni seçilmiş prezident” elan edərək, Ali Məhkəmənin qərarını tanımaqdan imtina edib və tərəfdarlarını küçələrə çıxarıb.

İki dəfə “prezident” postunu tutduğu üçün E.Kokoyta seçkilərdə iştirak edə bilməyib. Qanunvericiliyə əsasən, o, yeni “prezident” seçilənə qədər vəzifəsində qala bilərdi. Lakin A.Cioyeva və tərəfdarları E.Kokoytadan dərhal istefaya getməyi və hakimiyyəti “qanuni seçilmiş prezident”ə təhvil verməyi tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed