Şrift:
İranda Benzin 75% bahalaşdı!
26.04.2014 [11:04] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İran rejiminin atom bombası yaratmaq istəyi ölkə əhalisinə baha başa gəldi. Bundan sonra işsiz əhali, bazarda qiymətlərin od tutub yandığı halda, benzinə də 75% daha çox pul ödəyəcək.
Məlumata görə, hökumət benzinə görə dövlət subsidiyalarını ləğv edib və bu səbəbdən yanacaq-doldurma məntəqələrində 1 litr benzinin qiyməti, 16 ABŞ (Amerika Birləşmiş Ştatları) sentindən 28 sentədək qalxıb. Bu isə 75 faiz bahalaşmaq deməkdir.
Avtomobil sahibləri arasında isə böyük narahatlıq yaşanıb və yanacaq-doldurma məntəqələrində axşamdan yaranan uzun növbələr gecəyarıyadək davam edib. Lakin hələlik kütləvi etirazlar qeydə alınmayıb.
Xatırladaq ki, qərb ölkələri İrana nüvə fəaliyyəti və atom bombası yaratmaq proqramına görə ciddi iqtisadi sanksiyalar tətbiq etməkdədir. Bu, onsuz da korrupsiya bataqlığına düşmüş islam cümhuriyyətində yeni iqtisadi böhrana səbəb olub. Nəticə etibarı ilə ölkədə bahalıq və işsizlik hökm sürür və əhalidə narazılıq artır...!
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed