Şrift:
Bakıda güclü şimal küləyi əsəcək
26.04.2014 [12:38] - Gündəm, Bildiriş
Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed