Şrift:
İsveçdə dörd dildə diaspor saytı fəaliyyətə başlayıb
11.12.2011 [15:27] - Diaspor
Azərbaycan-İsveç Federasiyası (AİF) rəsmi internet saytı yenilənib. Səttar Seviginin rəhbərlik etdiyi təşkilatın saytı daha da təkmilləşdirilərək fəaliyyətinə 4 dildə davam edəcək. www.afi1.se internet ünvanında yerləşən sayt artıq Azərbaycan, türk, isveç və ingilis dilində fəaliyyətə başlayıb. “Xəbərlər”, “Məqalələr”, “Bəyanatlar” kimi 13 bölməsi olan sayt daha çox təşkilatın gördüyü işlər, İsveçdə yaşayan azərbaycanlılar və İranda baş verən hadisələrlə bağlı xəbərlər yayır.
Qeyd edək ki, Azərbaycan – İsveç Federasiyası (AİF) bu ölkədə fəaliyyət göstərən Azərbaycanın ən böyük diaspor təşkilatlarından biridir və özündə bir neçə diaspor qurumlarını birləşdirir.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed