Şrift:
Özünü yandırmaq istəyən prokurorluq işçisi ilə bağlı açıqlama
29.04.2014 [15:34] - Gündəm, Hadisə
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb

Kriminal Bakıda intihara cəhd edən keçmiş prokurorluq işçisi hələ 2007-ci ildən prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusunu cavablandırarkən bildirib ki, Fəxrəddin Məmmədov Oğuz rayon Prokurorluğunda müstəntiq vəzifəsində işləyərkən işdə yol verdiyi kobud qanun pozuntularına görə 2 avqust 2007-ci il tarixdə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, F.Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed