Şrift:
Putinin qalmaqallı qərarına Azərbaycan dövlət qurumundan cavab
29.04.2014 [15:41] - Siyasət
Yeni qanuna əsasən sabiq SSRİ-nin tərkibində yaşayan rusdilli, rus millətindən olan vətəndaşlar RF-nın də vətəndaşlığını ala bilər.

Region Rusiya Federasiyasının yeni qanunlarına görə, sabiq SSRİ-nin tərkibində yaşayan rus dilli, rus millətindən olan vətəndaşlar, RF-nın də vətəndaşlığını ala bilər.

Bu müəmmalı məsələyə aydınlıq gətirmək üçün, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə edilən müraciətimizə cavab olaraq aşağıdakıları bildirdilər: “Azərbayacn Respublikasıının vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda vətəndaşın--şəxsin ikili vətəndaşlıq almaq hüququ yoxdur. Lakin bu təcrübə Rusiyada çoxdan mövcuddur. Bir çox insanlar, Azərbaycan və ya, başqa bir ölkənin də vətəndaşı olduğu halda, birinci vətəndaşlığını gizlədərək, yaşadığı və ya işlədiyi ölkədədə qeyri=qanuni yolla vətəndaşlıq ala bilib. Azərbaycanda isə vətəndaşın Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməsi haqqında arzusu olarsa, o zaman bizə müraciət edən vətəndaşın ərizəsi AR Xarici İşlər Nazirliyinin müfaviq qurumuna göndərilir, daha sonra isə Miqrasiya Xidmətində xüsusi sənədlər tərtib olunaraq, vətəndaşlıqdan çıxarılır. Rusiya rəsmilərinin“... sabiq SSRİ-nin tərkibində yaşayan dus dilli, rus millətindən olan vətəndaşlar , RF-nın də vətəndaşlığını ala bilər” haqqında açıqlamasından sonra isə, Dövlət Miqrasiya Xidmətinə ikili vətəndaşlıq almaq üçün müraciətlər olsa da, belə bir sistemin olmadığından, müraciətləri cavabsız qalır. Müraciət edənlər isə, əsasən rusdilli azərbaycan vətəndaşlarıdırlar.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed