Şrift:
“Məşədi Əzizbəyov” stansiyasının adı dəyişilərək qəhrəmanlıq dastanlarından birinin adı veriləcək
11.12.2011 [15:54] - Gündəm
Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri intensiv sürətlə sona çatdırılmaq üzrədir. Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov bildirdi ki, stansiya dekabr ayının axırlarında şəhər əhalisinin istifadəsinə veriləcək. Noyabr ayından təmirə dayandırılan stansiyanın adı da dəyişdiriləcək.

“Stansiyaya qəhrəmanlıq dastanlarından birinin adı veriləcək. “Koroğlu”, “Babək”, yaxud “Dədə-Qorqud”. İndi prezidentin sərəncamını gözləyirik”, - deyə Arif Rəsulov vurğulayıb.

Qeyd edək ki, stansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib. Stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed