Şrift:
Gəncəlilər ağacların kəsilməsinə etiraz edirlər
29.04.2014 [16:13] - Gündəm, Gənclik
Bir neçə gündür ki, şəhərin 3-cü və 5-ci mikrorayon ərazilərində məhəllədaxili yolun genişləndirilməsi işlərinə start verilib
Maraqlıdır Bakıda sakinlər ağacların kəsilməsini tələb edir, Gəncədə isə ağac kəsimi səs-küyə səbəb olub. Şəhərin 5-ci mikrorayon ərazisində aparılan abadlıq işləri çərçivəsində müəyyən ağaclar kəsilib ki, bu da ərazidə yaşayanların ciddi narazılığına səbəb olub.

Artıq bir neçə gündür ki, şəhərin 3-cü və 5-ci mikrorayon ərazilərində məhəllədaxili yolun genişləndirilməsi işlərinə start verilib. 5-ci mikrorayonda yaşayan şəhər sakinləri deyir ki, görülən işlər çərçivəsində yolun gediş-gəlişinə mane olan kollarla yanaşı bəzi ağaclar da kəsilib, bəziləri kökündən çıxarılıb. Bu isə sakinlərin narazılığına səbəb olub.

Gəncə sakini Asif Vəliyevin sözlərinə görə, bir ağacı yaşatmaq üçün gərək 18 il qulluq edəsən, gözəllik olsun, yaşıllıq olsun.

Digər Gəncə sakini Firuddin Həsənov isə deyir ki, belə şey olar ki, yaşıllığı dağıdalar?! Nəyə görə, bəs bu millətin uşaqları harda gəlsin oynasın?!

Qeyd olunan ünvanda geniş ərazidə çəpərlənmiş və yolu zəbt etmiş dekorativ olmayan kollar təmizlənib. Bəzi həmişə yaşıllar çıxarılıb. Lakin Gəncə Şəhər Memarlıq və Tikinti Şöbəsindən bildirirlər ki, görülən işlər çərçivəsində bəzi ağacların köçürülməsi həyata keçirilsə, də yararlı və sağlam ağaclar kəsilməyib.

Gəncə Memarlıq və Tikinti Şöbəsinin müfəttişi Sahib Bayramlı 5-ci mikrorayon ərazisində aparılan yolun genişləndirilməsi, piyadaların avtomobillərin gediş-gəlişinə mane olan hasarlanmış yerlərdi, müəyyən kollardı ki, onlar hazırda abadlıq işlərilə təmizlənir və genişləndirilir.

10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən isə bildirdilər ki, məsələ ilə bağlı ərazidə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq köçürlən ağacların və təmizlənən kolların kəsilib-kəsilmədiyi məlum olacaq. Buna uyğun olaraq tədbir görüləcək.
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed