Şrift:
Hollandiyada ermənilərə qarşı aksiya keçirildi
30.04.2014 [10:05] - Gündəm, Diaspor
Türk və Azərbaycan diaspor təşkilatları Hollandiyanın Almelo şəhərində erməni kilsəsi qarşısında qondarma erməni soyqırımına xatirə kompleksi tikilməsinə qarşı Haaqada - Hollandiya Nümayəndələr Palatası qarşısında etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mitinq zamanı iştirakçılar müxtəlif şüarlar səsləndirilib və əllərində ermənilərin bu hərəkətini pisləyən plakatlar, eləcə də Azərbaycan və Türkiyə bayraqları tutublar.

Aksiyada Hollandiya Türk Kültür Dərnəkləri Federasiyasının sədri Arif Yakışır və Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, türk ictimai təşkilatları olaraq erməni icmasının Hollandiyada insanlar arasında xaos yaradacaq. Onlar həmçinin bildiriblər ki, qanunsuz olaraq tikdiyi kompleksin sökülməsi üçün Almelo bələdiyyəsi və müvafiq qurumları hərəkətə gətirmək üçün çağırış edirik. Diaspor təşkilatlarının rəhbərləri bu tarixi hadisələri tarixçilərdən ibarət qrupun araşdırmalı olduğunu deyiblər.

Mitinqdə Türk və Azərbaycan təşkilatlarından Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, TOVER, UETD, Türk İslam Kültür Dərnəkləri Federasiyasının və digər təşkilatların təmsilçiləri iştirak ediblər.

Ciddi təhlükəsizlik tədbirləri altında keçən aksiya insidentsiz başa çatıb.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed