Şrift:
ABŞ Dövlət Departamenti: Azərbaycan 2013-cü ildə terrorçuluğa qarşı mübarizəni gücləndirməkdə davam edib
01.05.2014 [11:21] - Gündəm, Hərb
Azərbaycan terrorçuluğa qarşı mübarizəni gücləndirməkdə davam edib.
Bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizəyə dair 2013-cü il hesabatında deyilir.



“Azərbaycan ABŞ-la terrorla mübarizəyə yönəlmiş əməkdaşlığı qoruyub saxlayır, habelə Qafqaz regionunda insan alveri, çirkli pulların yuyulması ilə məşğul olan terrorçu təşkilatlara qarşı çıxış edir”, - deyə sənəddə vurğulanıb.



Hesabatda qeyd olunub ki, Azərbaycanda xeyli sayda qanunsuz silah-sursat aşkarlanaraq müsadirə edilib.



Sənəddə həmçinin Azərbaycanın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin terror əleyhinə tədbirlərinə qiymət verilib.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed