Şrift:
Azərbaycanın bəzi rayonlarında az yağıntılı hava proqnozlaşdırılır
12.12.2011 [14:55] - Köşə yazarları
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-11 dərəcə isti olacaq.

Dekabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 14-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin ayın 14-ü axşam əsasən bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed